İraqda qaz balonlarının partlaması nəticəsində üç bina uçub - Ölən və yaralananlar var

18-11-2022, 02:21           
İraqda qaz balonlarının partlaması nəticəsində üç bina uçub -
İraqın Süleymaniyyə şəhərində üç bina uçub. İnsident zamanı azı bir nəfər ölüb və 20 nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb üçmərtəbəli binanın damında quraşdırılmış maye qaz balonunun partlaması olub.

Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Həmçinin, dağıntılar altında qalanların olduğu da bildirilir.

Hadisə yerində ondan çox fövqəladə xidmət qrupu çalışır.

Süleymaniyyənin təcili yardım şöbəsi 12-15 yaralının xəstəxanalara yerləşdirildiyini qeyd edib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru