Avropa Şurasının ekspertinin Azərbaycana külli miqdarda borcu var – Ölkədən çıxışına “stop” qoyulur

19-11-2022, 00:09           
Avropa Şurasının ekspertinin Azərbaycana külli miqdarda borcu var –
Azərbaycanın biznes məkanında kifayət qədər tanınan Marina Dalibanın ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bununla bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.

Marina Daliba təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Avropa Şurasının insan kapitalı ekspertidir. O uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir. Mediada Marina Dalibanın bir çox sahələrdə çalışanlar üçün təlimlər keçdiyi barədə məlumatlar var.

Marina Dalibanın külli miqdarda vergi borcunun olduğu iddia edilir.

Məsələ ilə bağlı Marina Dalibanın özü ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.

Qeyd edək ki, Marina Daliba Latviya vətəndaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru