İndoneziyada DƏHŞƏT: 162 nəfər öldü, 700-dən çox yaralı var - VİDEO
15-11-2022, 09:15
İndoneziyada 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 162-yə çatıb.
Publika.az xəbər verir ki, ən son məlumatlar "Kompas" TV tərəfindən yayımlanıb.
Məlumata əsasən, ölənlərin əksəriyyəti uşaqlar olub. Daha əvvəl 56 nəfərin öldüyü bildirilirib.
Qeyd edək ki, zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.