Rusiyada silahlılar 3 polisi öldürdü - 7 yaralı 6-04-2023, 12:55 Rusiyanın İnquşetiya vilayətinin Malqobek rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında silahlı qarşıdurma baş verib."Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Təhlükəsizlik Xidməti (FTX) məlumat dərc edib.Məlumata görə, atışma nəticəsində 3 polis əməkdaşı həlak olub. Ölənlər arasında yüksək rütbəli rayon polis zabiti də var.Mühasirəyə alınan silahlılar müqavimət göstərib. Atışma bütün gecə davam edib.Atışma zamanı daha 7 nəfərin yaralandığı qeyd olunub. Facebook-da paylaş