Dubayda minlərlə sürücüsüz taksi işə başlayacaq

7-04-2023, 08:13           
Dubayda minlərlə sürücüsüz taksi işə başlayacaq
Dubay hakimiyyəti 2030-cu ilə qədər şəhərin ictimai nəqliyyat infrastrukturunun bir hissəsinə çevriləcək 4000 sürücüsüz taksini işə salmağı planlaşdırır.

Bu barədə Dubay Yollar və Nəqliyyat İdarəsindən məlumat yayılıb.

Məlumata görə, qurum şəhər mühitində ilk beş avtonom taksini sınaqdan keçirməyə başlamaq üçün sürücüsüz avtomobil istehsalçısı “Cruise” ilə əməkdaşlıq edir.

İdarədən bildirilib ki, sürücüsüz kommersiya nəqliyyat vasitələrinin tətbiqi tıxacları, yol qəzalarının sayını və zərərli tullantıları azaldacaq.

Layihə çərçivəsində “Cruise” şirkəti “Chevrolet Bolt” əsasında sürücüsüz avtomobillərin bir neçə prototipini hazırlayıb ki, onlar şəhərin rayonlarından birinin ətrafında hərəkət edərək yollarda nəqliyyatın hərəkəti və sürücülərin davranışı haqqında məlumat toplayacaqlar.

Qeyd edək ki, 2021-ci ilin noyabrında BƏƏ hökuməti sürücüsüz avtomobillərin ictimai yollarda sınaqdan keçirilməsinə icazə verib. Bununla da BƏƏ Yaxın Şərqdə bir ilkə imza atıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru