Azərbaycanda yaşayış binasında yanğın: 15 nəfər təxliyə olundu…

18-12-2023, 10:18           
Azərbaycanda yaşayış binasında yanğın:
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 6 ədəd elektrik açarı və 6 p.m elektrik kabeli yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru