Rusiyada müəmmalı hadisə: Bir yaşlı qız qar yedikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

20-12-2023, 17:04           
Rusiyada müəmmalı hadisə: Bir yaşlı qız qar yedikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Rusiyanın Leninqrad vilayətində gəzinti zamanı qar yeyən körpə xəstəxanaya yerləşdirilib.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Verilən məlumata görə, ötən gecə təcili yardım avtomobili yaşadığı mənzildən bir yaş dörd aylıq qızı xəstəxanaya çatdırıb. Uşağa ikitərəfli pnevmotoraks və naməlum maddə ilə zəhərlənmə diaqnozu qoyulub.
Ananın sözlərinə görə, gəzintidən sonra uşağın tibbi yardıma ehtiyacı olub. O, qızın yıxılaraq qar yediyini, bundan sonra xəstələndiyini bildirib. Hazırda faktla bağlı polis araşdırma aparır.

Mənbə: fontanku.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru