Silahla oynadı, təcrübəsi başında partladı - FOTO/VİDEO

21-12-2023, 17:34           
Silahla oynadı, təcrübəsi başında partladı - FOTO/VİDEO
Silahlarla bağlı “Ballistic High Speed” bloqunun müəllifi kanalı üçün süjet hazırlayarkən həyatını itirməklə üzləşib. Hadisə “YouTube” bloqeri Adam Noulz “RPG-7”dən atışları sınaqdan keçirərkən baş verib.

Əslində süjet üçün hazırlıqlar ciddi olub, hətta peşəkar qrupun köməyi ilə o, qumbaraatanı rentgen şüalarından istifadə etməklə təzyiq altında yoxlayıb. Ekspertlər heç bir problem aşkar etməyiblər.

Amma atış qüsurlu olub və “RPG-7” Adamın əlində partlayıb.

Uğursuz eksperimentin nəticəsi kəllə və yanaq sümüyünün sınığı, çoxlu qəlpə yarası, əllərdə ağır yanıqlar olub. Hazırda bloqer nisbətən düzəlib və özünü daha yaxşı hiss etdiyini deyib.


Mənbə: “BAZA” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru