HƏKİM ƏMƏLİYYAT ZAMANI XƏSTƏNİ YUMRUQLADI

23-12-2023, 00:06           
HƏKİM ƏMƏLİYYAT ZAMANI XƏSTƏNİ YUMRUQLADI
Səlahiyyətlilər Çində bir göz cərrahının əməliyyat zamanı xəstəni yumruqla vurması ilə bağlı iddialardan sonra göz xəstəxanaları zəncirini araşdırmağa başlayıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, hadisə Çində, sosial mediada yayılan və qəzəbə səbəb olan videoda aşkarlanıb.

Xəstəxanalar şəbəkəsinin bağlı olduğu şirkət “Aier China” videoda görünən cərrahın və 2019-cu ildə baş verdiyi bildirilən yumruq olayının olduğu xəstəxananın idarə heyətinin sədrinin işdən çıxarıldığını açıqlayıb.

Göz xəstəxanaları zəncirini idarə edən Aier China, hadisənin ölkənin cənub-qərbindəki Quiqanq şəhərindəki xəstəxanada baş verdiyini açıqladı.

Videoda adı açıqlanmayan göz cərrahının əməliyyatı yerinə yetirərkən xəstəyə ən azı 3 dəfə yumruq vurması görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru