Yaponiyada zəlzələ qurbanlarının sayı 92-yə çatdı

5-01-2024, 09:37           
Yaponiyada zəlzələ qurbanlarının sayı 92-yə çatdı
Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 92 nəfərə çatıb.

Bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

250-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İsikava prefekturasının sakinləridir.

Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir. Qeyd olunub ki, 179 nəfəri həyatı barədə məlumat yoxdur.

Yanvarın 1-dən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal təşkil edib. Ölkənin bütün qərb sahillərində sunami təhlükəsi 20 saatdan çox davam edib.

Seysmoloqlar xəbərdarlıq edib ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və maqnitudası 7-dən yuxarı olan yeni güclü zəlzələlərin baş verməsi riski var.

Mənbə: publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.