Ermənistanda silahlı qrup saxlanıldı - Qazaxın işğal altındakı kəndlərinə görə

24-03-2024, 16:00           
Ermənistanda silahlı qrup saxlanıldı -  Qazaxın işğal altındakı kəndlərinə görə
Ermənistanda “Döyüş Qardaşlığı” adlı silahlı qrup saxlanılıb.

TEREF xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar.

Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb.

Ermənistan DİN onları qanunsuz silah-sursat daşımada ittiham edib. Əslində isə sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edib.

Yeri gəlmişkən, Ermənistanın iştirakdan imtina etdiyi KTMT-nin illik təlimləri də “Döyüş Qardaşlığı” adlanırdı. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru