311 yaşlı skripka 11,25 milyon dollara satıldı

8-02-2025, 10:38           
311 yaşlı skripka 11,25 milyon dollara satıldı
İtalyan skripka ustası Antonio Stradivarinin (1644-1737) skripkası Nyu Yorkda “Sotheby's” hərracında 11,25 milyon dollara satılıb.

APA “Associated Press“ə istinadən xəbər verir ki, hərrac 8 milyon dollardan başlayıb, lakin bu məbləğ saniyələr ərzində artıb.

Məlumata görə skripkanın alıcısı anonim qalmaq istəyib.

1714-cü ildə hazırlanan "Joachim-Ma" skripkası Stradivarinin qızıl dövrünə təsadüf edib.

Alət öz adını iki görkəmli keçmiş sahibindən, virtuoz Cozef Yoahimdən (1831-1907) və Çinli skripkaçı və müəllim Ma Sihongdan (1925-2009) götürüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru