Gəncədə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb

28-04-2025, 08:48           
Gəncədə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb
Gəncədə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov, 1996-cı il təvəllüdlü Babək Hacıağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə kütləvi dava zamanı bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan Z.Məmmədovun vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru