Azərbaycanda 15 yaşlı qız ANA OLDU - Polis hərəkətə keçdi

19-05-2025, 09:16           
Azərbaycanda 15 yaşlı qız ANA OLDU - Polis hərəkətə keçdi
15 yaşlı qız marketdə tanış olduğu 24 yaşlı şəxslə evlənmək məqsədi ilə qaçıb. Onlara mağarda toy da edilib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, hadisə bölgələrdən birində baş verib. Onların 2024-cü ildə toyları olub və hazırda övladları var.

15 yaşı tamam olan Nanə (ad şərtidir) mağazada satıcı işləyirmiş. 24 yaşlı Qafar (ad şərtidir) həmin mağazaya müştəri kimi gəlib. Onlar bir-birlərini bəyəniblər və evlənməyi qərarlaşdırıblar.

Onların kənddə, mağarda toyları da keçirilib. 15 yaşı tamam olmayan qızın toyunun olmasına ailəsi etiraz edib. Lakin qız Qafara verilməyəcəyi təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini deyib.

Sonra ailələr toya razılıq veriblər. Qafarın dediyinə görə Nanə ona 18 yaşı tamam olduğunu deyib. Nanə də bildirib ki, Qafardan yaşını gizlədibmiş.

15 yaşlı qızın ərə verilməsi toy məclisindən sonra məlum olub və polis araşdırmaya başlayıb. Qafar buna görə məsuliyyətə cəlb edilib.

Onlar hazırda ər-arvad kimi birlikdə yaşadıqlarını deyiblər. Tərəflər bir-birindən şikayətçi olmayıb. Qafara yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə Qafar barəsində 1 il 6 ay şərti cəza təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru