Abşeronda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb

21-08-2017, 10:59           
Abşeronda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb
Abşeron rayonunda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb.

"Report" xəbər verir ki, bu barədə polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.

Quyudan kişiyə məxsus sümüklər aşkarlanaraq Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ekspertlərin rəyinə görə həmin şəxs iki il əvvəl olub. Araşdırmalar nəticəsində nəşin qalıqlarının 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru