Nabranda narkotik maddə üstündə qonşu kənd sakini bıçaqlayan şəxsin Rusiyaya qaçdığı ehtimal olunur

28-08-2017, 08:01           
Nabranda narkotik maddə üstündə qonşu kənd sakini bıçaqlayan şəxsin Rusiyaya qaçdığı ehtimal olunur
Nabranda narkotik maddə üstündə qonşu kənd sakini bıçaqlayan şəxsin Rusiyaya qaçdığı ehtimal olunur
Avqustun 19-da Xaçmaz rayonunun Nabran kəndində bıçaqlanma hadisəsi baş verib. Yalama kənd sakini Kamran Dəmirov Şimali kənd sakini Artur Yahyayevi bıçaqlayıb. “Şimal xəbərləri”nin etibarlı mənbələrdən aldığı məlumata görə, bıçaqlanmaya səbəb narkotik maddə üstündə yaranan mübahisə olub. İnformasiyaya əsasən, Kamran Dəmirov radikal vəhhabi və narkomandır. Hadisəni törədən bu şəxsin Rusiya Federasiyasına qaçması ehtimal olunur. Yaralı Artur Yahyayev hal-hazırda rayon mərkəzi xəstəxanada müalicə olunur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır və cinayət işi açılıb. Kamran Dəmirovun yaxalanması üçün zəruri tədbirlər həyata keçirilir.
“Şimal xəbərləri”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.