Günəşdə güclü partlayış – Alimlər təşviş içində

7-09-2017, 00:05           

Bu gün Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində son 12 il ərzində ən böyük partlayış baş verib.
Turkustan.info-nun xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Lebedev adına Fizika İnstitutu məlumat yayıb.
“Bu cür hadisələr çox nadir hallarda – Günəş aktivliyinin pik həddində baş verir. Lakin ən maraqlısı odur ki, hazırda Günəş aktivliyi minimum səviyyəsindədir. Alimlər bunun necə baş verdiyini dəqiq araşdırmalıdırlar”, – məlumatda deyilir.
Qeyd edək ki, Günəş partlayışları beş növə bölünür: A,B, C, M və X.
Bugünkü partlayış X növünə aid edilib – Günəş səthində indi qədər qeydə alınan ən böyük partlayışlardan biridir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq. Oxu.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru