Bakıda gənc oğlan tanışı tərəfindən güllələnib

7-09-2017, 07:47           
Bakıda gənc oğlan tanışı tərəfindən güllələnib
Bakının Sabunçu rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report" xəbər verir ki, hadisə nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu tanışı tərəfindən güllələnib.
Yaralı vəziyyəti ağır olduğundan yaxınları tərəfindən özəl klinikaya köçürülüb.
***22:47
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
"Report" xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolunun dirsək nahiyəsini dəlib keçən güllə yarası alıb.
Çoxlu qan itirən E.Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Həkimlər onun çoxlu qan itirdiyini bildirirlər. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru