Ana onu qonşusu ilə yataqda tutan 10 yaşlı oğlunu yastıqla boğdu - DƏHŞƏT

23-11-2017, 12:31           
Ana onu qonşusu ilə yataqda tutan 10 yaşlı oğlunu yastıqla boğdu - DƏHŞƏT
Türkiyənin Sakarya şəhərinin Karasu qəsəbəsində dəhşətli qətl hadisəsi qeydə alınıb.

teref.az milli.az-a istinadən xəbər verir ki, 10 yaşlı Necmi Talha K. yataqda tutduğu doğma anası Zeynep K. və qonşusu K.Y. tərəfindən yastıqla boğularaq öldürülüb.

Zeynep qətli törətdikdən sonra polis idarəsinə gedərək törətdiyi cinayəti etiraf edib. Qadın "Oğlum, öldü, evdədir indi" deyib.

İstintaq zamanı uşağın yastıqla boğularaq öldürüldüyü məlum olub.

Zeynep K. oğlunu dərsə getmədiyi üçün öldürdüyünü desə də, polis ondan həqiqəti deməsini tələb edib. Zeynep K. sonra ifadəsini dəyişdirərək, oğlunun bu səhər onları yataqda tutduğunu, bu səbəbdən də K.Y. ilə birlikdə Necmi Talhanı öldürdüklərini söyləyib. Zeynep K. ilə K.Y.-nın dindirilməsi prosesi davam edir.

Maraq üçün bildirək ki, Necmi V sinifdə oxuyurdu. Sinifin əlaçı şagirdi olan uşağın qətl xəbəri məktəbi yasa boğub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru