1,7 milyard manat çirkli pulu "yuyan" şəxslər həbsdə qaldı - BAKIDA

24-11-2017, 13:41           
1,7 milyard manat çirkli pulu "yuyan" şəxslər həbsdə qaldı - BAKIDA
Bakıda 1,7 milyard manatı leqallaşdıran şəxslərin istəyi reallaşmadı.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanov birinci istansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, onların şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən M.Əliyevlə V.Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"da xidməti otaqları da olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 10 il, V.Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru