Dövlət Agentliyinin əməkdaşlarının keçirdiyi qəzada ölən və yaralananların adı məlum olub

24-11-2017, 22:01           
Dövlət Agentliyinin əməkdaşlarının keçirdiyi qəzada ölən və yaralananların adı məlum olub
Ağdaşda avtomobil qəzası zamanı ölən və yaralananların adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 90-KO-511 dövlət qeyddiyyat nışanlı "Hyundai Tucson" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişinlərdən biri - Bakı şəhəri, Nərimanov rayon sakini, 1978-ci il təvəllüdlü Ruhiyə Əhməd qızı Məmmədova hadisə yerində ölüb.
Avtomobilin sürücüsü, Bakı şəhəri, Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Seymur Firuddin oğlu İbrahimov və digər sərnişinlər - Bakı şəhəri, Yasamal rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Qüvvətəli oğlu Şirinov və Abşeron rayonu, Xırdalan şəhər sakini, 1972-ci il təvəllüdlü Qətibə Zəfər qızı Yaqubova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan ikisinin müalicəsi hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında, Q.Yaqubovanın müalicəsi isə Gəncə şəhər Beynəlxalq Xəstəxanada davam etdirilir.
Qeyd edək ki, qəzaya düşənlər Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin ekspertləridir.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru