Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub

27-11-2017, 08:05           

Hadisə uşaq Sənaye Parkı yaxınlığında yolu keçmək istəyən zaman baş verib
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. teref.az "Report”a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü şəhər sakini Natiq Niyazi oğlu Novruzovu “VAZ-2107” markalı maşın vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Körpücük sümüklərində sınıqlar yaranmış azyaşlı dərhal əməliyyat olunub. Əməliyyat sonrası yaralı uşağın vəziyyəti sabitləşib, müalicəsi davam edir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru