BAKIDA TƏCRİDETMƏ MƏRKƏZİNDƏ SAXLANILAN KAMERA YOLDAŞINI DÖYÜB ÖLDÜRDÜ

27-11-2017, 08:32           

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Tezadlar.az Xəbər verir ki, Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru