İranda növbəti zəlzələ: 53 yaralı, dağıntılar var

1-12-2017, 17:55           

Bu gün səhər saat 06:00 radələrində İranın Kirman vilayətində zəlzələ baş verib.

Axar.az İran mətbuatına istinadən xəbər verir ki, Hicdək məntəqəsində baş verən zəlzələ 6.1 bal gücündə olub. Zəlzələ nəticəsində 1500 evə ziyan dəyib. Ölənlər barədə dəqiq məlumat olmasa da, yaralı sayının 53 olduğu deyilir.

Zəlzələdən sonra Böhran İdarəetmə Mərkəzi yaralıların ilkin müayinədən sonra evə buraxıldığı barədə açıqlama yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.