Dəhşət: Qadın ögey oğlunu döyərək öldürdü

2-12-2017, 02:02           

Qusar rayonunun Hil kəndində 17 yaşlı oğlanı analığı qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, 2000-ci il təvəllüdlü kənd sakini Nəsrəddin Daşdəmirovun ölümü ilə bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılıb.

Məlum olub ki, onu analığı Rəna döyərək qətlə yetirib.

Bu ilin oktyabrında Nəsrəddin Daşdəmirov döyülmə xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.