Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə yeni rəis təyin edilib

2-12-2017, 11:20           
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə yeni rəis təyin edilib
Azərbaycan Ədliyyə Nazirliyində yeni təyinat olub.
"Report"un məlumatına görə, Zahir Əlizadə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə rəis təyin edilib.
O, indiyədək mərkəzin rəisi vəzifəsini müvəqqəti icra edirdi.
Nazirliyin mətbuat xidməti faktı "Report"a təsdiqləyib.
Qeyd edək ki, mərkəzin əvvəlki rəisi Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.