Salyanda yaşayış evində baş vermiş yanğında 2 azyaşlı ölüb

3-12-2017, 11:45           
Salyanda yaşayış evində baş vermiş yanğında 2 azyaşlı ölüb
Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.
"Report"un Aran bürosu xəbər verir ki, yanan evdə qalmış ikinci azyaşlının da cəsədi içəridən çıxarılıb.
Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.
***09:45
Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 1 azyaşlı ölüb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib.
İlkin məlumata görə, içəridə qalmış uşaqlardan birinin cəsədi evdən çıxarılıb. Yanan evdə qalmış digər azyaşlının aqibəti barədə hələlik hər hansı məlumat yoxdur.
Qeyd edək ki, uşaqlar 5-6 yaşlarındadır.
***09:38
Salyanda yanğın hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.