Su quyusu qazırdı xəzinə tapdı - VİDEO

3-12-2017, 22:42           
Su quyusu qazırdı xəzinə tapdı - VİDEO
Su quyusu qazırdılar, bəzək əşyaları və gümüş pullar çıxdı.

teref.az bildirir ki, maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirib qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi bəxtinin üzünə güldüyünü düşünüb və dərhal işi saxladıb. Həmin ərazini isə özü qazmağa başlayıb. Bu zaman quyudan mis və gümüş pullar çıxıb.
Vasif Məmmədov quyudan tapılan əşyalara marağın böyük olduğunu deyir.
Qohum-əqrəba həmin məkana baxış keçiriblər və ordan digər qiymətli əşyaların çıxacağına ümid edirlər.

Təsərrüfat sahibi indiyədək həyətində bu cür əşyalara rast gəlmədiyini bildirir. /xezerxeber.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru