Almaniyada yanğın: 4 ölü, 23 yaralı

4-12-2017, 09:37           

Almaniyanın Fransa ilə sərhəddə yerləşən Saarbrüken şəhərində yaşayış binalarından birində güclü yanğın baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 23-ü isə müxtəlif xəsarətlər alıb.

Yanğının binanın zirzəmisində başladığı və 3-cü mərtəbəyə qədər çatdığı bildirilib.

Yanğının söndürülməsi üçün 100-dən çox yanğınsöndürən səfərbər olub.

Əraziyə polisin də nəzarət etdiyi vurğulanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru