Dortmundda sensasiya qeydə alınıb

23-11-2019, 03:34           
Dortmundda sensasiya qeydə alınıb
Almaniya Bundesliqasında XII tura start verilib.

Apasport.az saytının məlumatına görə, günün yeganə qarşılaşması Dortmundda baş tutub.

“Borussiya” çempionatın autsayderi “Paderborn”u qonaq edib. Qarşılaşmada sensasiya qeydə alınıb.

Qonaqlar adlı-sanlı rəqibindən bir xal ala biliblər. Hərçənd autsayder qələbə də qazanmağa yaxın olub. İlk yarıda üç qol vuran qonaq komanda fasilədən sonra buraxılan toplarla sülhə imza atıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.

Almaniya Bundesliqası
XII tur
22 noyabr
23:30. “Borussiya” D – “Paderborn” – 3:3
Sanço, 47, Vitsel, 84, Roys, 90 – Mamba, 5, 37, Holtmann, 43












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru