FIDE olimpiadaya qatılacaq komandaların sayını açıqladı

17-07-2020, 12:42           
FIDE olimpiadaya qatılacaq komandaların sayını açıqladı
Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək komandaların sayı açıqlanıb.

"Report" Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, 150 federasiya onlayn formatda keçiriləcək yarışa qatılacağını təsdiqləyib.

Olimpiadanın favoritləri olan ABŞ, Çin və Rusiya şatmatçıları da onların arasında olacaq.

Qeyd edək ki, avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq. Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru