“Real” ardıcıl 4-cü qələbəsini qazanıb

21-12-2020, 06:57           
“Real” ardıcıl 4-cü qələbəsini qazanıb
İspaniya La Liqasında XIV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 matç olub.

Yüksək yerlərə iddia edən “Qranada” doğma arenasında “Betis”i Roberto Soldadonun qısa müddətdə dublu sayəsində üstələyib.

Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Xetafe” səfərdə “Kadiz”ə qalib gəlib.

La Liqada son 3 oyunda qələbələri sıralayan “Real” 5 turdur uduzmayan və bunun 4-də heç-heçə edən “Eybar”ı sınağa çəkib. “İpurua” stadionunda baş tutan matçda “kral klubu” çətin qələbə qazanıb.

Qeyd edək ki, XV turun oyunları dekabrın 22-23-də keçiriləcək.

İspaniya La Liqası
XIV tur
20 dekabr
“Selta” – “Alaves” – 2:0
Mendez, 19, 79
“Qranada” – “Betis” – 2:0
Soldado, 14 (pen.), 20
“Kadiz” – “Xetafe” – 0:2
Kuço, 33, Maksimoviç, 90+4
“Eybar” – “Real” – 1:3
Kike, 8 – Benzema, 6, 90+2, Modriç, 13












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru