"Real Madrid"in oyunçusu Ronaldunu qol sayında üstələdi

21-12-2020, 08:01           
"Real Madrid"in oyunçusu Ronaldunu qol sayında üstələdi
“Real Madrid” İspaniya çempionatı çərçivəsində “Eybar”a 3:1 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, matçda qollardan birini "kral klubu"nun hücumçusu Kərim Benzema vurub.

Bununla da fransız futbolçu La Liqada 29-cu dəfə fərqlənib. O, bu göstərici üzrə portuqaliyalı Kriştianu Ronaldunu qabaqlayaraq birinci yerə çıxıb. Ronaldu 28 dəfə fərqlənib.

“Real Madrid” 29 xal yığaraq, İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru