"Yuventus" ulduz hücumçunu heyətinə qatır - SON DURUM

6-03-2021, 10:20           
"Yuventus" ulduz hücumçunu heyətinə qatır - SON DURUM
"Mançester Siti"nin hücumçusu Serxio Aquero "Yuventus"a keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Mediaset" yayıb. Mənbə Turin klubunun 32 yaşlı oyunçu ilə danışıqlara başladığını vurğulayıb.

Yazılanlara inansaq, "Mançester Siti" ilə olan müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq Aquero "Yuventus"un sıralarına azad agent statusu ilə qoşulacaq.

İngiltərə klubuna 2011-ci ildə Madrid "Atetiko"sundan transfer olunan Serxio bu mövsüm İngiltərə çempionatında 6 oyuna çıxsa da, rəqib qapılarına yol tapa bilməyib. Argentinalı forvard paralel olaraq Çempionlar Liqasında da 4 görüş keçirib və bu qarşılaşmalarda 2 qol vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.