PSJ Messi transferini rəsmən açıqladı - YENİLƏNİB

11-08-2021, 07:08           
PSJ Messi transferini rəsmən açıqladı - YENİLƏNİB
PSJ Lionel Messinin transferini rəsmən açıqlayıb.

Müvafiq videoçarx klubun “Twitter” səhifəsində yayımlanıb.

Klubun mətbuat xidmətindən yayılan məlumata görə, Messi ilə 2+1 prinsipi əsasında müqavilə imzalanıb. Sənəddə Argentina millisinin futbolçusunun Fransa klubu üzərindəki prioriteti də öz əksini tapıb.

“PSJ-də karyeramın yeni fəslini başlamağıma çox şadam. Klubda hər şey mənim futbol ambisiyalarıma uyğun gəlir. Mən burada necə istedadlı kollektiv və məşqçi heyətinin olduğunu bilirəm. “Park de Prens”in meydançasına çıxmağı səbirsizliklə gözləyirəm”, – deyə Lionel Messi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, 34 yaşlı futbolçu Fransa klubunda 30 nömrəli forma ilə çıxış edəcək.


18:52

PSJ klubu hücumçu Lionel Messinin komandaya keçidini anons edib.

Klubun “Twitter” səhifəsində müvafiq videoçarx yerləşdirilib.

Görüntülərdəki 6 qızıl top və Argentina millisinin idman geyimi məhz Messinin transferinə işarədir.

Qeyd edək ki, futbolçunun Paris klubuna keçidinin rəsmən elan ediləcəyi güman edilən mətbuat konfransı sabah Bakı vaxtilə saat 13:00-da baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru