Çempionlar Liqası: 10 komanda pley-offda, Mahir Emrelinin klubu mübarizəni dayandırdı

11-08-2021, 07:15           
Çempionlar Liqası: 10 komanda pley-offda, Mahir Emrelinin klubu mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edib. Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekhartla əvəzlənib.

II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Yunanıstan “Olimpiakos”u Bolqarıstanda “Ludoqorets”in qonağı olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da heç-heçə qeydə alındığından komandalar əlavə 30 dəqiqə oynayıblar. Əlavə vaxtda hesab dəyişmədiyi üçün penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq oynayan meydan sahibləri pley-offa yüksəliblər.

“Qalatasaray”ı mübarizədən kənarlaşdıran PSV isə Danimarkada “Midtüllan”i sınağa çəkib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan qonaqlar ikinci qarşılaşmada da rəqibinə şans verməyib - 1:0.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

“Şerif” (Moldova) - “Srvena Zvezda” (Serbiya) - 1:0

Qol: Danilo Arboleda, 45+2

İlk oyun - 1:1

“Slaviya” (Praqa, Çexiya) - “Ferentsvaroş” (Macarıstan) - 1:0

Qol: Lukaş Masopust, 36

İlk oyun - 0:2

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Genk” (Belçika) - 2:1

Qol: Lassina Traore, 27, Markos Antonio, 76 - Siril Dessers, 90

İlk oyun - 2:1

“Midtüllan” (Danimarka) - PSV (Niderland) - 0:1

Qol: Bruma, 90+3

İlk oyun - 0:3

“Ludoqorets” (Bolqarıstan) - “Olimpiakos” (Yunanıstan) - 2:2 (Penaltilər - 4:1)

Qollar: Ruben Semedu, 49 (avtoqol), Pyeros Sotiriu, 57 (penalti) - Yan M Vila, 31, Yussef əl-Ərəbi, 68 (penalti)

İlk oyun - 1:1

“Monako” (Fransa) - “Sparta” (Praqa, Çexiya) - 3:1

Qollar: Jelson Martinş, 50, Aleksandr Qolovin, 56,Sofian Diop, 81 - David Moberq Karlsson, 78

İlk oyun - 2:0

“Yanq Boyz” (İsveçrə) - ÇFR (Rumıniya) - 3:1

Qollar: Jordan Sibaço, 23; 42, Mumi Nqamalyo, 25 - Biyel Omrani, 4

İlk oyun - 1:1

“Benfika” (Portuqaliya) - “Spartak” (Moskva, Rusiya) - 2:0

Qollar: Joau Mariu, 58, Roman Yaremçuk, 90+2

İlk oyun - 2:0

“Legiya” (Polşa) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Bartol Franyiç, 20

İlk oyun - 1:1

“Reyncers” (Şotlandiya) - “Malmö” (İsveç) - 1:2

Qol: Alfredo Morelos, 19 - Antonio Çolak, 53; 58

Qırmızı vərəqə: Bonke İnnosent, 45+1 (“Malmö”)

İlk oyun: 1:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru