Avropa çempionatı: Şahmatçımız məğlubiyyətsiz irəliləyir

12-08-2021, 07:00           
Avropa çempionatı:
Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının üçüncü turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, şahmatçılarımızdan Günay Məmmədzadə qitə çempionatında üçüncü qələbəsini qazanıb.

Digər təmsilçilərimiz Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova 3 turda 2 xal toplayıblar. Türkan Məmmədyarova, Xəyalə Abdulla 1,5, Ayan Allahverdiyeva, Nəsrin Babayeva, Zeynəb Məmmədyarova 1 xala malikdirlər.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru