“Qalatasaray”ın futbolçusu Lukas Padolski Türkiyədə baş verən terror hadisələri ilə əlaqədar İstanbul klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, almaniyalı hücumçu deyilənlərin düzgün olmadığını və bu cür şayiələrin yayılmasına təəssüfləndiyini qeyd edib.
“Mən heç vaxt bu ölkədən ayrılmaq istədiyimi deməmişəm. Haqqımda danışan heç kimə inanmayın. Hər kəs sadəcə özühaqqında danışmalıdır. Təəsüf ki, yenə mətbuatda düzgün olmayan xəbərlər yayılır. Bəli, baş verənlərdən sonra öz ailəmi düşündüyümü demişəm. Ancaq bunu hər türk ana və ata da düşünür”.
Qeyd edək ki, 30 yaşlı forvard ötən il “İnter”dən “Qalatasaray”a transfer olunub.