“Formula 1”in qalibi vəfat edib – FOTO

5-12-2022, 09:05           
“Formula 1”in qalibi vəfat edib – FOTO
“Formula 1” yarışlarının fransalı pilotu Patrik Tambe vəfat edib.

Bu barədə onu çıxış etdiyi “Ferrari” komandası “Twitter”də məlumat yayıb.

Keçmiş idmançı 73 yaşında dünyasını dəyişib.

Bildirilir ki, ona Parkinson xəstəliyi diaqnozu qoyulub.

Tambe 1977-1979 və 1981-1986-cı illərdə “Formula 1”də yarışıb. O, iki Qran Prini qazanıb: 1982-ci ildə Almaniyada və 1983-cü ildə San Marinoda qalib olub.

Bundan əlavə, yarışçı 11 dəfə mükafat alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.