İtaliya klubunun futbolçusu "Barselona"ya keçə bilər

10-04-2025, 12:18           
İtaliya klubunun futbolçusu "Barselona"ya keçə bilər
İspaniyanın "Barselona" klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar "Fiorentina"nın (İtaliya) braziliyalı müdafiəçisi Dodonu sıralarına cəlb etməyi düşünür.

La Liqa təmsilçisinin idman direktoru Deku artıq 26 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Mənbə bildirir ki, Dodo özü də "Barselona"ya keçmək fikrinə müsbət yanaşır.

Qeyd edək ki, Dodo 3 il əvvəl Ukraynanın "Şaxtyor" kollektivindən 15 milyon avro qarşılığında "Fiorentina"ya keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru