İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, italiyalı mütəxəssis "Kral klubu"ndan ayrılıqdan sonra Braziliya millisinin sükanı arxasına keçəcək.
“O, artıq Cənubi Amerika təmsilçisinə rəhbərlik etməyə razılıq verib. Təcrübəli çalışdırıcının klublararası dünya çempionatından əvvəl yığmadakı işinə başlayacağı gözlənilir”.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in baş məşqçisi postunda çalışır. O, 2013-2015-ci illərdə də La Liqa təmsilçisinə rəhbərlik edib.