İtaliya A Seriyası: "Napoli" və "İnter" büdrədi - Çempionluq mübarizəsi son tura qaldı

19-05-2025, 10:17           
İtaliya A Seriyası: "Napoli" və "İnter" büdrədi - Çempionluq mübarizəsi son tura qaldı
İtaliya A Seriyasında 37-ci turun matçları başa çatıb.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "İnter" öz meydanında "Latsio"nu qəbul edib. Qarşılıqlı qollarla keçən oyunda qalibi müəyyən etmək mümkün olmayıb - 2:2.
Çempionluğa oynayan digər komanda "Napoli" "Parma" ilə səfər matçına çıxıb. Oyun qolsuz heç-heçə ilə bitib - 0:0. Ölkə paytaxtında "Milan"ı qəbul edən "Roma" qonaqlardan üstün olub. "Canavarlar" "rossonerilər"i 3:1 hesabı ilə məğlub ediblər. "Yuventus" doğma azarkeşləri önündə "Udineze" ilə üz-üzə gəlib. "Qoca sinyora" rəqibi üzərində inamlı qələbəyə sevinib - 2:0. Bu nəticələrdən sonra A Seriyasında lider dəyişməyib. "Napoli" 79 xalla zirvədə yer alır. Onu 1 xal fərqlə "İnter" izləyir. "Yuventus" 67 xalla 4-cü, "Roma" 1 xal fərqlə 5-ci, "Milan" isə 60 xalla 9-cudur. Çempionatın bitməsinə bir tur qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru