Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub

25-07-2017, 00:20           
Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub
Portuqaliyanın Guimaraes şəhərində keçirilən Avropa çempionatında iştirak edən Azərbaycanın stolüstü tennisçiləri yarışları böyük uğura başa vurublar.

“Report” Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 44 Avropa ölkəsindən 520 idmançının iştirak etdiyi çempionatda gənc qızların şəxsi birinciliyində stolüstü tennisçimiz Ning Zhing 1-ci yer tutaraq qızıl medalın sahibi olub. Bu müstəqillik illərində idmanın stolüstü tennis növü üzrə qazalılan ən yüksək nəticədir. İdmançımızın qələbəsi şərəfinə Azərbaycan himni səsləndirilib.

Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutaraq bürünc medal, qoşa yarışlarda 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Yüksək nəticə əldə edən stolüstü tennisçilərimiz Azərbaycana 1-i qızıl, 1-i gümüş və 1-i isə bürünc olmaqla 3 medalla qayıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru