“Real”dan “Roma”ya 60 milyonluq təklif

21-03-2018, 13:06           
“Real”dan “Roma”ya 60 milyonluq təklif
“Real” “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir.

Moderator.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, Madrid klubu 25 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə razıdır.

“Real” futbolçunun özü ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Keçid baş tutarsa, Alisson yeni klubunda ildə təxminən 5 milyon avro maaş alacaq.

Qeyd edək ki, “Roma”nın heyətində saxlamaq istədiyi braziliyalı qolkiperi “Liverpul” da transfer etmək istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.