Toya getməyə hazırlaşan 3 uşaq anası dəm qazından öldü

26-11-2019, 00:00           
Toya getməyə hazırlaşan 3 uşaq anası dəm qazından öldü
Gəncədə 30 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən 6 saylı binada baş verib. Həmin binada yaşayan 1988-ci il təvəllüdlü İsayeva Şəfəq Niyazi qızı vanna otağında dəm qazından boğulara ölüb. Məlumata görə, 3 uşaq anası olan qadın bu gün yaxınlarından birinin toyuna hazırlaşarkən vanna otağında boğulub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.