Sabirabadda 38 yaşlı kişi başından baltalandı - Təfərrüatlar

17-07-2020, 09:25           
Sabirabadda 38 yaşlı kişi başından baltalandı - Təfərrüatlar
Sabirabad rayonunun Kürkədi kəndində baltalanma hadisəsi mağazalardan birində baş verib.

Yenisabah.az xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Fuad Abusalam oğlu qohumu tərəfindən başından baltalanıb.

Ağır kəllə-beyin travması və çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının çoxlu miqdarda qan itirdiyi bildirilir.

Hadisəni törədən şəxs Yolçubəyli kənd sakini, 1976-cı il təvəllüdlü Mövsümov Seyidəli Rəsul oğlu polis tərəfindən saxlanılıb.

Xəsarət alan şəxs yanacaqdoldurma məntəqəsinin sahibidir. Onu vuran isə yeznəsinin qardaşıdır. Hadisə şahidlərinin bildirdiyinə görə, F.Məmmədov vurulan zaman qucağında uşaq olub.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru