Maşın qatara girdi, ölü və yaralılar var

8-05-2015, 23:40           
Maşın qatara girdi, ölü və yaralılar var
u gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.

Hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil.

Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru