Azərbaycanda yeni doğulmuş körpə meyiti tapıldı

9-05-2015, 22:24           

Göygöl Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti aşkarlanıb.

Bu gün günorta saatlarında xəstəxanada çalışanlar avtomobildən xəstəxananın arxa tərəfinə körpə meyitinin atıldığını görüblər. Polisə məlumat verildikdən sonra meyit müayinə uçun Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.