Yol polisi qəza törətdi - Bakıda - YP-461

7-06-2016, 10:32           
Yol polisi qəza törətdi - Bakıda - YP-461
Bakıda yol polisi qəza törədib. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə H.Əliyev küçəsi 36 ünvanında qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünün inspektoru, polis serjantı Rasim Vasif oğlu İsmayılovun idarə etdiyi BMW markalı, 99 YP 461 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini Mahmud Şəmməd oğlu Həsənovun idarə etdiyi “Baic” markalı maşınla toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru