Şəmkirdəki güllələnmənin təfərrüatı məlum oldu: İntiqam almaq üçün... - iki il gözləyiblər...

3-02-2024, 18:18           
Şəmkirdəki güllələnmənin təfərrüatı məlum oldu: İntiqam almaq üçün... - iki il gözləyiblər...
Şəmkir rayonunda baş verən güllələnmə ilə bağlı məqamlar bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, güllələnən Zabil Aslanov 2022-ci ildə qardaşların atasını döyüb. Onlar da intiqam almaq üçün iki il gözləyiblər.

Nəticədə Z.Aslanovu maşında güllələyib, daha sonra da armaturla avtomobili əziblər.

11:13

Şəmkirdə 27 yaşlı oğlan silahla vurulub.
Daxili İşlər Nazirliyinin regional qrupundan dia-az.info-ya bildirilib ki, Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıblar. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru